Cümə axşamı , 21 Noyabr 2019
Home » Dünya » “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” – Sabah bədii tədbir keçiriləcək

“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” – Sabah bədii tədbir keçiriləcək

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin birgə təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun dəstəyi ilə 12 sentyabr 2019-cu il saat 18:00-da 15 sentyabr Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 101 illiyinə həsr olunmuş “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda tədbir keçiriləcək.Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq ədəbi-bədii tədbirdə Türkiyədən olan qonaqlar – araşdırmaçı, jurnalist Meryem Aybike Sinan, Əhməd Yəsəvi vəqfinin rəhbəri Fatma Sönmez, Ötüken Neşriyatının rəhbəri və redaktoru Ayşegül Büşra Çalık, araşdırmaçı alim Neslihan Kabaklı da iştirak edəcəklər.Tədbirdə vətənpərvərlik mahnılarının ustadları – Şəmistan Əlizamanlı, Şahin İsmayılov və b. sənətkarların ifasında konsert proqramı təqdim olunacaq.Arzu edənlər iştirak edə bilər.

Check Also

Elçin Babayev: “BDU-nun 2030-cu ilə qədər inkişaf konsepsiyasını hazırlayırıq” – MÜSAHİBƏ

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin APA-ya müsahibəsi – Xalq Cümhuriyyətinin yadigarı və Azərbaycan təhsilinin …