Çərşənbə axşamı , 23 İyul 2024
Drone Cameras

Qanunsuz erməni silahlılarının Füzuli istiqamətində fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb

İyunun 15-i saat 08:35-dən saat 10:30-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Check Also

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Boyukmillet.com nazirliyə istinadən icmalı təqdim edir: