Cümə axşamı , 7 İyul 2022
Home » Daxili siyasət » Qarabağ və Şərqi Zəngəzur səfəri: “Dünyanın heç bir yerində infrastruktur layihələri bu sürətlə icra olunmur”

Qarabağ və Şərqi Zəngəzur səfəri: “Dünyanın heç bir yerində infrastruktur layihələri bu sürətlə icra olunmur”

“Mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfərləri, bir sıra layihələrin təməlini qoymaları bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyır”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputat Ceyhun Məmmədov deyib.

O xatırladıb ki, səfər çərçivəsində onlar xüsusi əhəmiyyətə malik Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi ilə yaxından tanış olublar:

“Həmçinin Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonu ərazisində Soltanlı stansiyasının və “Azərenerji” ASC-nin 330/110 kilovoltluq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak etdilər. Tez bir zamanda hər iki layihənin uğurla icra olunacağı gözlənilir. Bu məqsədlə bütün zəruri addımlar atılır.

Həmin gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidində və Zəngilan Beynəlxalq Hava Limanında aparılan tikinti işlərinin gedişi ilə tanış oldular. Xüsusi əhəmiyyətə malik Zəngilan Hava Lima bölgənin inkişafına tezliklə öz töhfəsini verəcək”.

Deputat vurğulayıb ki, artıq Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Qarabağa və Şərqi Zəngəzura səfər çərçivəsində yeni müəssisələrin təməlini qoymaları, eləcə də tarixi dini abidələrin təmir və bərpası ilə maraqlanmaları ənənə halını alıb:

“Bu həm də dövlətin bu sahəyə yüksək diqqət və qayğısının təzahürüdür. Bu gün dövlət başçımızın bilavasitə diqqət və qayğısı ilə Qarabağ və Şərqi Zəngəzurda yeni infrastruktur layihələri icra olunur, qədim dini tarixi abidələr təmir və bərpa olunur. Bu gün dünyanın heç bir yerində infrastruktur layihələri bu sürətlə icra olunmur. Azərbaycan bu məsələdə də dünya üçün bir nümunədir.

Bu, onu göstərir ki, Prezident İlham Əliyevin siyasətində Qarabağın və Şərqi Zəngəzurun tez bir zamanda bərpası və yenidən qurulması əsas yerlərdən birini tutur. Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan uğurlu siyasət bütün sahələrdə uğurla və böyük uzaqgörənliklə davam etdirilir. Prezident İlham Əliyev bütün layihələrin icrasına bilavasitə özü nəzarət edir.

Prosesin ümumi təhlili isə onu söyləməyə tam əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tezliklə Qarabağı dünyanın ən abad və gözəl məkanlarından birinə çevirəcək. Qarşıda bizi yeni uğurlar gözləyir”.

Check Also

Nazir: “Polis azad olunmuş ərazilərdə xidmətini böyük əzm və peşəkarlıqla davam etdirir”

Polis və Daxili Qoşunlar işğaldan azad olunmuş ərazilərdə öz şərəfli xidmətini böyük əzm və peşəkarlıqla …