Şənbə , 28 Noyabr 2020
Home » Manşet » Qarsda Azərbaycanın zəfəri qeyd edildi

Qarsda Azərbaycanın zəfəri qeyd edildi

Azərbaycan ordusunun Qarabağda qazandığı böyük qələbə ölkəmizdən kənarda da qeyd edilməkdədir .

Türkiyənin Qars şəhərində Azərbaycan dərnək sədrləri , Qarsın tanınmış ictimai xadimlərinin iştirakı ilə Azərbaycan ordusunun qazandığı qələbə münasibətilə birgə açıqlama vermişlər.


İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəllinin iştirakı ilə Qarsda ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək , Azərbaycan zəfəri münasibəti ilə açıq hava toplantısı keçirilmişdir . Toplantıda iştirak edən Samir Adıgözəlli 44 gün ərzində Azərbaycan ordusunun möhtəşəm hərbi əməliyyatları haqqında danışıb .

Azərbaycan qələbəsi münasibəti ilə keçirilən toplantıda Azərbaycan Qafqaz Kültürləri dərnəyinin sədri Nəbi Arığ , Azərbaycan Kültür dərnəyinin sədri Göksəl Kayqısız , Qars Azərbaycan Evi dərnəyinin təmsilçisi Erol Batı , Qars Şəhid və Qazilər dərnəyinin sədri Musin Ağçay , Qars AK partiyasının sədr müavini Turgut Zaman , İSBAM Qazaxıstan təmsilçisi Şahin Həsənov və digərləri istirak etmişdir.

Boyukmillet.com

Check Also

Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı, Zəngilan və Şuşada qələbə tədbirləri keçirilib

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsinin od-alovlarından keçərək qalibiyyət bayrağımızı zirvələrə ucaltmış mübariz döyüşçülərlə görüşlər …