Bazar , 29 Noyabr 2020
Home » Manşet » Qarsda Diaspor Təşkilatlarının görüşü keçirilib

Qarsda Diaspor Təşkilatlarının görüşü keçirilib

Qars şəhərində Azərbaycan dərnəklərinin rəhbər şəxslərinin iştirakı ilə görüş keçirilib.

Görüşün təşəbbüskarı İctimai Siyasi Prosesler Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) olub.
Bu haqda məlumatı Boyukmillet.com-a İSBAM mətbuat xidmətindən verilib
.

Görüşdə Azərbaycanın qələbəsi münasibəti ilə keçirilən toplantıda Azərbaycan Qafqaz Kültürləri dərnəyinin sədri Nəbi Arığ , Azərbaycan Kültür dərnəyinin sədri Göksəl Kayqısız , Qars Azərbaycan Evi dərnəyinin təmsilçisi Erol Batı , Qars Şəhid və Qazilər dərnəyinin sədri Musin Ağçay , Qars AK partiyasının sədr müavini Turqut Zaman iştirak etmişlər.

İSBAM sədri Samir Adıgözəlli Azərbaycan dərnək rəhbərləri ilə keçirilən görüşdə çıxış edərək Azərbaycan ordusunun böyük zəfəri münasibətilə onları təbrik etmiş, və Vətən Müharibəsi dönəmində diaspor təşkilatlarımızı daha da fəal olduğuna görə təşəkkür edib.

Türkiyənin Qars bölgəsinin önəminə diqqət yetirərək,burada erməni təxribatlarına qarşı daha da aktiv fəaliyyətin vacibliyi qeyd edilmişdi.

Keçirilən görüşdə yuxarıda adları çəkilən diaspor rəhbərləri də Azərbaycanın Qarabağdakı böyük qələbə sevincini bölüşərək,diasporumuzun bundan sonra Azərbaycan adına fəaliyyətlərdə həyata keçirilə biləcək tədbirlər haqqında təkliflər səsləndirmişlər.

Görüşdə İsbam Qazaxıstan təmsilçisi Şahin Həsənov də iştirak etmişdir.

Qeyd edək ki, İSBAM-ın Türkiyədə keçirdiyi görüşlər Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilməkdədir.

Boyukmillet.com

Check Also

Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı, Zəngilan və Şuşada qələbə tədbirləri keçirilib

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsinin od-alovlarından keçərək qalibiyyət bayrağımızı zirvələrə ucaltmış mübariz döyüşçülərlə görüşlər …