Çərşənbə , 26 Yanvar 2022
Home » Siyasət » “Qazaxıstanda həbsləri, istintaq və işgəncələri KTMT qüvvələri aparır – daxili siyasət bütünlüklə KTMT-nin əlində…” – Aydın Quliyev

“Qazaxıstanda həbsləri, istintaq və işgəncələri KTMT qüvvələri aparır – daxili siyasət bütünlüklə KTMT-nin əlində…” – Aydın Quliyev

Qazaxıstandan aldığımız özəl məlumatlara görə, KTMT qüvvələrinin ölkənin daxili işlərinə guya qarışmadığı və guya ancaq strateji nöqtələrin mühafizəsi ilə məşğul olduğu barədə verilən siyasi bəyanatlar qətiyyən həqiqət deyil.

Boyukmillet.com xəbər verir ki, bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır: “Əksinə, bu gün Qazaxıstanda kütləvi həbsləri, cəza əməliyyatlarını, axtarış və fiziki təqibləri, hətta həbs edilənlərin istintaqını məhz KTMT hərbçiləri aparır. Erməni hərbçilərinin xüsusi fəallığına bu istiqamətdə geniş fəaliyyət imkanı yaradıldığı qazax ictimaiyyətinin narahatlıqla və qəzəblə müzakirə etdiyi məsələlərdən biridir. Məlumatlarda deyilir ki, Qazaxıstanın xüsusi xidmət və istintaq orqanları etimad itirmiş strukturlar kimi tam kənara qoyulub. Həbs, axtarış, istintaq və işgəncələr yalnız KTMT qüvvələrinin səlahiyyətinə verilib. Mənbənin sözlərinə görə, KTMT istintaqçıları məxfi və qapalı iş görməklə həbs olunanlar arasında guya xaricdən göndərilmiş casus və terrorçuların olduğuna sübutlar hazırlayır. Qazaxıstanda deyirlər ki, KTMT istintaqçılarının işgəncəsi altında onlarla adamlar tələf edilir və meyitlər yox edilir. Yaxın vaxtlarda işgəncə altında ifşa edilmiş sayca onlarla “xarici ölkə casusunun” adları oxunacaq.

Həqiqətən də düşündürücüdür ki, az qala bütünlüklə etirazçıların tərəfinə keçmiş rəsmi orqanlar bu ölkədə asayişi bu tezlikdə necə nəzarətə götürə bilərdi? Deməli, bu işləri görən “başqalarıdır”.

Bütün hallarda KTMT region üçün böyük təhlükəyə çevrildiyini ortaya qoydu. İlk “sülh əməliyyatı” KTMT-nin iflas prosesinin başlanğıcıdır. Elə Rusiyanın özü də az zərbə almayacaq. Yaxın tarixə baxaq.

1985-ci ildə Kunayevi Kolbinlə əvəz edərkən qazax xalqına eynən bu cür divan tutuldu. Sonu nə oldu? SSRİ-nin, imperiyanın dağılması buradan başladı. Cəmi iki il sonra Qarabağda erməni separatizmi başladı və daha 3 il sonra Qorbaçov Ağ Evə telefon açaraq “beynəlxalq hüququn subyekti və geosiyasi fakt kimi SSRİ artıq yoxdur” müjdəsini verdi.

İndiki Qazaxıstan hadisələri isə ən azı KTMT-nin, çoxu isə Rusiyanın özünün sonunu gətirən proseslərin başlanğıcı olacaq”.

Check Also

Azərbaycan – Ukrayna münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur

Yanvar ayının 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya  işgüzar səfəri ölkələrimiz və xalqlarımız arasında …