Şənbə , 28 May 2022
Home » QHT » QHT Agentliyi və Vəqflər Baş İdarəsi arasında Əməkdaşlıq Memorandumu imzalanacaq

QHT Agentliyi və Vəqflər Baş İdarəsi arasında Əməkdaşlıq Memorandumu imzalanacaq

Məlum olduğu kimi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinin Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfəri başlayıb.


Səfər çərçivəsində Prezident Administrasiyasının məsul əməkdaşı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Agentliyin icraçı direktoru Aygün Əliyeva və Agentliyin departament müdiri Elnur Bağırlının təmsil olunduğu nümayəndə heyəti  Türkiyə Respublikasının Vəqflər Baş İdarəsinin rəisi cənab Burhan Ersoyla görüşüblər. 

Boyukmillet.com xəbər verir ki, görüşdə Vəqflər Baş İdarəsi ilə QHT Agentliyi arasında imzalanması planlaşdırılan Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Anlaşma Memorandumu üzərində işlərə başlanması razılaşdırılıb.

Check Also

QHT-dövlət münasibətlərinə həsr olunmuş ikinci Respublika zona konfransı Gəncə şəhərində keçirildi

QHT-dövlət münasibətlərinə həsr olunmuş növbəti Respublika zona konfransı Gəncə şəhərində keçirilib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına …