Çərşənbə , 5 Oktyabr 2022
Home » Daxili siyasət » QHT Agentliyinin əməkdaşı Prezidentlə görüşdə iştirak edib – FOTO

QHT Agentliyinin əməkdaşı Prezidentlə görüşdə iştirak edib – FOTO

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının Şimali Kipr Türk Respublikasına səfəri təşkil edilib. Səfərdə Agentliyin layihələr üzrə meneceri Nigar Ağakişiyeva iştirak edib.

Boyukmillet.com xəbər verir ki, səfər  çərçivəsində  AQSİA  ilə GİKAD arasında  görüş keçirilib. Görüşün əsas məqsədi iki dövlət arasında sahibkarlıq əlaqələrinin  qurulması və genişləndirilməsi olub.  
Səfərdə Agentliyin qadınların fotolarından ibarət dərc etdiyi “Ananın yaylığı” kataloqunun təqdimatı təşkil edilib. Təqdimatda Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva və Assosiasiyanın 22 üzvü, 10 Kiprli sahibkar  qadın, həmçinin GİKAD İdarə Heyətinin sədri İçim Kavuklu  iştirak ediblər.Təqdimat zamanı  Agentliyin meneceri Nigar Ağakişiyeva həm Agentliyin fəaliyyəti haqqında, həmdə “Ananın yaylığı” layihəsi haqqında ətraflı məlumat verib. O cümlədən, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının Agentliyin   “Şuşa ili” çərçivəsində elan etdiyi müsabiqədə qalib gəlmiş “Qarabağ incilərinin Avropa Sədası” adlı layihəsinin təqdimatı keçirilib.  
Səfər çərçivəsində Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti cənab Ersin Tatar və ölkənin Xarici İşlər Naziri cənab Tahsin Ərtuğrulloğlu və digər dövlət rəsmiləri ilə görüşlər keçirilib. 

Check Also

Prezident: “İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində 33 tunel, 84 yeni körpü tikiləcək”

İşğaldan azad olunmuş ərazilərdə hazırda magistral yollar və kənd yolları tikilməkdədir. Qarabağ və Şərqi Zəngəzur …