Cümə axşamı , 7 İyul 2022
Home » QHT » QHT-dövlət münasibətlərinə həsr olunmuş ikinci Respublika zona konfransı Gəncə şəhərində keçirildi

QHT-dövlət münasibətlərinə həsr olunmuş ikinci Respublika zona konfransı Gəncə şəhərində keçirildi

QHT-dövlət münasibətlərinə həsr olunmuş növbəti Respublika zona konfransı Gəncə şəhərində keçirilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfranslarının keçirilməsinə başlayıb. Bu gün növbəti konfrans Gəncə şəhərində keçirilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfranslarının keçirilməsinə başlayıb. Bu gün növbəti konfrans Gəncə şəhərində keçirilib.

Gəncə, Mingəçevir, Kəlbəcər, Göygöl, Samux, Daşkəsən, Goranboy və Naftalan şəhərlərinin iştirakı ilə keçirilən konfransda Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova və Əli Pənahov, Gəncə Rayon İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri Azər Allahverənov və Nurəddin Mehdiyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məsul əməkdaşları, adları çəkilən rayonların icra hakimiyyəti başçılarının müavinləri, Vətən müharibəsi veteranları və şəhid ailələri ilə işin təşkili şöbələrinin müdirləri, icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların üzvləri, habelə yerli qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Gəncə şəhəri Heydər Əliyev Mərkəzində təşkil edilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.

Açılış nitqi ilə başlayan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva konfransın proqramı haqqında geniş məlumat verərək bildirib ki, ikinci dəfə keçirilən bu konfrans region QHT-lərinin və ictimai şuraların birgə fəaliyyətində dönüş yaradacaq. A.Əliyeva bildirib ki, 7 iqtisadi rayonu əhatə edəcək bu konfrans QHT-lərin fəaliyyətinə öz müsbət təsirini göstərəcək.

Sonra çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev qeyd edib ki, ölkəmizdə qeyri-hökumət təşkilatları bir neçə mərhələdə inkişaf yolu keçib, QHT-dövlət münasibətləri sahəsində müsbət nümunələr formalaşdırılıb. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması, QHT-lərə maliyyə, metodiki, konsultativ, təşkilati dəstəyin göstərilməsi və s. bunun bariz nümunəsidir. Bu gün isə QHT-dövlət münasibətlərində yeni mərhələ başlayıb, təşkilati-hüquqi forması, fəaliyyət istiqaməti və idarəetməsi ilə fərqlənən yeni təsisat kimi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılıb.

Vüsal Quliyev bildirib ki, bu gün QHT-lər dövlət qurumları ilə birgə ictimai əhəmiyyət kəsb edən bir çox sahələrdə yüksək təşəbbüskarlıq nümayiş etdirməli, nəticəyönümlü layihə və proqramlar həyata keçirməlidirlər.

O, konfransda iştirak edən ixtisaslaşmış təşkilatların diqqətinə məişət zorakılığı, ailə dəyərlərinin qorunması və digər istiqamətlərdə səmərəli layihələrin reallaşdırlmasının vacibliyini çatdırdı.

Vüsal Quliyev icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuralarn fəaliyyətinə toxunaraq, QHT-lərin həmin təsisatlara cəlb edilməsi məsələsinin vacibliyini vurğuladı. Qeyd etdi ki, ictimai şuraların fəaliyyətinin daha da gücləndirilməsinə, bunun üçün üzvlərə müvafiq təlim proqramlarının təşkil edilməsinə ciddi ehtiyac var.

Çıxış edən digər natiqlər Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova, Əli Pənahov və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov bildiriblər ki, zona toplantısı QHT nümayəndələri, ictimai şuraların üzvləri, habelə dövlət qurumları üçün faydalı olacaq və bu sahənin daha da təkmilləşməsinə böyük töhvə verəcək. Qeyd edilib ki, ictimai nəzarətin həyata keçirilməsi məqsədilə ardıcıl tədbirlər təşkil edilməli, bu xüsusda sosial medianın imkanlarından istifadə edilməlidir.

Çıxışlardan sonra konfrans interaktiv müzakirələr əsasında davam edib, onların təklifləri dinlənilib, sualları cavablandırılıb. İctimai şura üzvləri mütəmadi olaraq təlimatlandırıcı seminarların keçirilməsinin vacibliyini vurğulayıblar.

No description available.
No description available.

Check Also

“Əlilliyin müəyyən olunması meyarları” sosial müdafiə tədbirlərini gücləndirəcək

Bu gündən Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” qüvvəyə minir. Ötən …