Cümə axşamı , 6 Avqust 2020
Home » Siyasət » QHT sədri: Azərbaycan – Türkiyə əlaqələri artan xətt üzrə inkişaf edir və möhkəmlənir

QHT sədri: Azərbaycan – Türkiyə əlaqələri artan xətt üzrə inkişaf edir və möhkəmlənir

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək. Birgə təlimlərdə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək”. Bu fikirləri “QHT.az” saytının rəhbəri, İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri Cəsarət Hüseynzadə bildirib. Cəsarət Hüseynzadə qeyd edib ki, plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək: “Təqdim olunan informasiyalardan və artıq ölkəmizə gələn Türkiyə Silahlı qüvvələrinin hərbi personalından da göründüyü kimi genişmiqyaslı hərbi təlimlərin keçirilməsi nəzərdə tutulur.Rəsmi mənbələrdə də qeyd olunduğu kimi, bu təlimlər illik plana uyğun keçirilir.Hərbi təlimlərin vaxtının  iyulun 12-dən 17-dək Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlərdən sonrakı ən yaxın tarixə təsadüf etməsi, bu təlimlər beynəlxalq marağı da  xeyli artırıb. Ermənistan tərəfi də hər zaman olduğu “yazıq erməni xalqı” fonu yaratmağa çalışır. Azərbaycan və Türkiyə iki müstəqil dövlət olaraq, birgə təlimlər həyata keçirir və  bu təlimlər heç bir ölkəyə yönəlməyib.Bəli, bu təlimlər o vaxta təsadüf edir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə ən yüksək səviyyədə  qeyd etmişdir ki, Türkiyə sonuna qədər Azərbaycanın yanında olmaqda davam edəcək”. İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri bildirir ki, bu təlimlər illik plana uyğun aparılır, amma və lakin etiraf edək ki, bu vaxta kimi siyasi dəstəyin pik nöqtəsi ilə hərbi dəstəyin birgə ahəngi ilk dəfədir bu qədər möhtəşəm bir  harmoniya təşkil edir və Azərbaycan hər zaman türk əsgərinə öz əsgəri kimi etibar edir: “Hərbi ekspertlərin də qeyd etdiyi kimi, bu miqyasda  təlimlərin hazırlanması qısa müddətdə mümkün deyil. Bu tip tədbirlər adətən öncədən müvafiq birgə planla müəyyən olunur.Təlimlər Azərbaycan və Türkiyə Silahlı qüvvələri tərifindən mütəmadi olaraq həyata keçirilir. Məsələn, 2019-cü ildə iki ölkə hərbiçilərinin iştirakı ilə 13 təlim baş tutub.Bildiyimiz kimi, Azərbaycan ilə Türkiyə arasında ilk hərbi müqavilə hələ 1992-ci ildə imzalanıb. Sonrakı illərdə bu sahədə digər müqavilələr də imzalanıb. Hərbi əməkdaşlıq ən yüksək səviyyədə inkişaf etdirilib. Bununla bağlı Azərbaycan hərbiçilərinin Türkiyədə təhsili, sülhməramlı qüvvələrin tərkibində birgə xidmət, hərbi sənaye sahəsində əməkdaşlıq  və s. qeyd etmək olar.  Xüsusən qeyd etmək istədim ki, hərbi sahədə əlaqələrin yeni müstəviyə qədəm qoymasında  Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yardılması da xüsusi rol oynayıb. 15 sentyabr 2010-cu il tarixində İstanbul şəhərində qəbul edilən bəyannamədə hərbi və təhlükəsizlik məsələlərinə də xüsusi diqqət ayrılır. Şuranın yardılmasında, davamlı və uğurlu fəaliyyətində Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin müstəsna xidmətləri var”. Bu gün beynəlxalq münasibətlər sistemində Azərbaycan və Türkiyə kimi bir-birinə yaxın və qardaş  ölkələr mövcud olmadığını vurğulayan Cəsarət Hüseynzadə bildirir ki,  müxtəlif ölkələr müəyyən maraqlar çərçivəsində və zaman kəsiyində əməkdaşlıqlarını inkişaf etdirir və yaxud zəifədirlər: “Uinston Çörçill deyirdi ki, “İngiltərənin əbədi dostları yoxdur, əbədi maraqları var”. Bu deyim beynəlxalq əlaqələr sisteminin əsas şüarıdır. Lakin Azərbaycan və Türkiyənin birgə əməkdaşlığının əsasında “Bir millət, iki dövlət” prinsipi dayandığı üçün hər iki ölkənin vahid maraqları mövcuddur. Bu baxımdan iki qardaş ölkə arasında heç bir fərdi maraq ola bilməz.Hər hansı ekspertin və yaxud ölkənin nə düşünməsi bizim üçün önəmli deyil. Azərbaycan – Türkiyə əlaqələri artan xətt üzrə inkişaf edir və möhkəmlənir. Bu əlaqələrdə hərbi əməkdaşlıq da əsas prioritetlərdən biridir. Sosial şəbəkələrdəki paylaşımlarda bir daha ölkə vətəndaşlarının bu əməkdaşlığa xüsusi rəqabətinin olması və birgə təlimləri alqışlamasının şahidi oluruq.  Türkiyə vətəndaşları eyni coşğu bu təlimlərə və ümumiyyətlə Azərbaycanla dəstəklə bağlı həmrəylik nümayiş etdirilər”. 

Check Also

Şura qrant müsabiqələrinin nəticələrini elan edib

Boyukmillet.com xəbər verir ki,   Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının iclası …