Bazar ertəsi , 16 Fevral 2026
Drone Cameras

Qırğızıstan-Tacikistan sərhədində qarşıdurma: 1 ölü, 17 yaralı

Qırğızıstan-Tacikistan sərhədində suya nəzarət üstündə tərəflər arasında yenidən qarşıdurma yaranıb.

Boyukmillet.com Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, münaqişə Qırğızıstanın Batken rayonunun Kok-Taş kəndinin ərazisinə Tacikistan tərəfinin suya nəzarət etmək üçün videokameralar quraşdırmasından sonra başlanıb. Tacikistan tərəfi qırğız kəndinin əhalisini daşa tutub, ov tüfənglərindən istifadə edib.

Dünən axşamdan başlayan çaxnaşmada 1 nəfər ölüb, 17 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Qırğızıstan münaqişə zonasından 400-dən çox sakini təhlükəsiz ərazilərə köçürüb.

Hazırda qarşıdurmanın aradan qaldırılması üçün müxtəlif qurumlar arasında danışıqlar aparılır.

Check Also

Zelenski Münhendə Orbanı təhqir etdi: “Sən qarnını böyüt” – Putini də unutmadı 

Forum iştirakçıları ilə danışan Ukrayna lideri Macarıstanın baş naziri haqqında sərt fikirlər səsləndirib.O, bildirib ki, …