Şənbə , 31 İyul 2021
Home » hadisə » Qubada 46 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Qubada 46 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Quba rayonunda 46 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Püstəqasım kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1975-ci il təvəllüdlü Mahir Mustafaqulu oğlu Turabov həyətyanı sahəsindəki su mühərrikini təmir etmək istəyib. Bu zaman onu elektrik cərəyanı vurub.

Hadisə yerinə Quba Rayon Prokurorluğunun və rayon polis şöbəsinin əməkdaşları gələrək zəruri istintaq-əməliyyat tədbirləri həyata keçiriblər.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Azərbaycanda 101 nəfərə saxta koronavirus sənədi satan vəzifəli şəxslər həbs olunub

“ƏSR” və “ARKAN TOUR” MMC-lərin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya …