Cümə axşamı , 7 İyul 2022
Home » Xarici siyasət » Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib

Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib

Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və qardaş Azərbaycanın bütün xalqına səmimi təbriklərimi və ən xoş arzularımı bildirməyi özümə şərəf sayıram.

Biz Azərbaycan Respublikasının bu illər ərzində qazandığı uğurlara görə sevinir və ikitərəfli münasibətlərimizi bundan sonra da dərinləşdirməyə hazır olduğumuzu bildiririk. Dövlətlərimiz arasında mehriban qonşuluq münasibətlərinin ardıcıl olaraq yaxşılaşmasında Sizin şəxsi xidmətlərinizi xüsusi qeyd etmək istərdim.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram”.

Check Also

Ceyhun Bayramov AQEM-in icraçı direktoru ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) …