Çərşənbə axşamı , 23 İyul 2024
Drone Cameras

Rəsmi Bakı: “Ermənistan təhrikçi addımları davam etdirməkdə maraqlıdır”

“Görünür ki, Ermənistan tərəfi buraxılış məntəqəsi təsis edilən gündən yüzlərlə erməni sakinlərin azərbaycanlı sərhədçilərlə qarşılıqlı anlayış və əməkdaşlıq ruhunda hər iki istiqamətdə keçidini həzm etməyərək, bu kimi təhrikçi addımları təkidlə davam etdirməkdə maraqlıdır”.

Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin 24 iyun tarixli bəyanatına dair şərhində əksini tapıb.

Qeyd olunub ki, eyni qaydada, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə qarşı “humanitar təhdidlər” olduğu iddialarının heç bir əsası yoxdur. Azərbaycanın zərurət olduğu təqdirdə sakinlərə yardım etmək təkliflərindən özlərini erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslər tərəfindən hər vəchlə imtina olunması, erməni tərəfinin bu məsələdən öz dar siyasi məqsədləri üçün istifadə etdiyini göstərir.

Check Also

Səfir: Misirlə Azərbaycan arasında əlaqələr bundan sonra da möhkəmlənəcək

Misirlə Azərbaycan arasında əlaqələr bundan sonra da möhkəmlənəcək və inkişaf edəcək. Boyukmillet.com xəbər verir ki, bunu …