Çərşənbə axşamı , 16 İyul 2024
Drone Cameras

Rəştdə qarşıdurma: “Xameneiyə ölüm” qışqırdılar

İyulun 16-ı gecə saatlarında Gilan əyalətinin mərkəzi Rəşt şəhərinin Şəhrdari meydanında vətəndaşlarla hökumət məmurları arasında toqquşma olub.

Boyukmillet.com xəbər verir ki, gərginlik patrul əməkdaşlarının məcburi hicab qaydalarını pozan 3 qadını həbs etməyə çalışmasından sonra baş verib.

Hökumət məmurları qadınların polis maşınlarına mindirilməsinin qarşısını alanlara gözyaşardıcı qaz tətbiq ediblər. Bundan sonra rəştlilər “Diktatora ölüm”, “Xameneiyə ölüm” şüarları səsləndirib.

Toqquşma zamanı bir neçə nəfərin həbs edilərək naməlum istiqamətə aparıldığı bildirilib.

Check Also

Ərdoğan: İnanıram ki, Trampa hücumun təhqiqatı ən effektiv şəkildə aparılacaq

İnanıram ki, ABŞ seçkilərinə və qlobal sabitliyə kölgə salmamaq üçün hücumun təhqiqatı ən effektiv şəkildə …