Bazar , 21 İyul 2019
Home » Manşet » Radikal düşərgə iyun sosial inqilab paketinə qarşı heç bir arqument çıxara bilmədi

Radikal düşərgə iyun sosial inqilab paketinə qarşı heç bir arqument çıxara bilmədi

Ölkə başçısının imzaladığı sosial paketlərlə bağlı sərəncama radikal müxalif cameənin maraqlı münasibəti nəzərə çarpır. Həmin dairələr bu inqilabi yeniliklə bağlı hər hansı fikir bildirmək istəmirlər. Yəni prosesə susqun mövqe sərgiləməyi daha optimal variant kimi qəbul edirlər. Onların bu münasibəti bir müddət əvvəlki davranışları ilə də təzad yaradır.

Məlumdur ki, bu islahatların birinci mərhələsi ilin əvvəlindən başlayıb. Həmin dönəmdə radikal dairələr islahatları gözdən salmaq üçün maraqlı arqumentlər irəli sürürdülər. Məsələn, deyirdilər ki, hökumət bu qədər pulu hardan alır? Sonra ciddi cəhdlə vurğulayırdılar ki, bu, pul bolluğu yaradacaq və ölkədə inflyasiya tüğyan edəcək. Bu da olmadı. Başqa bir arqumentləri isə bundan ibarət idi ki, hakimiyyət mitinqlərdəki tələblərə görə belə islahata gedib. Ancaq maraqlıdır ki,  iyun islahatında büdcədən daha çox vəsait ayrılıb və yenilik daha çox sayda insana şamil olunub. Radikal cameə bunlarla bağlı heç bir ciddi arqument ortaya qoymur. Bu fərqli münasibət nə ilə əlaqəli ola bilər?

  • Samir Adıgözəlli: “Bilməlidirlər ki, həmin sərəncamlarda hansısa siyasi ayrıseçkiliyə yol verilməyib”

İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, bunun bir neçə səbəbi var: “Birincisi, onların proqnozu özünü doğrultmadı. Məsələn, deyirdilər ki, inflyasiya olacaq, olmadı. Fakt göz qabağındadır. Sonra deyirdilər ki, hakimiyyət mitinqdən qorxub bu addımı atıb. Bu versiya da özünü doğrultmadı. Çünki yanvar ayından bu günədək mitinq olmur. Onda hakimiyyət niyə islahatları davam etdirir?  Bundan əlavə, belə geniş və əhatəli sərəncamları vermək üçün barmaqla sayıla bilən günlər bəs etmir. Yəni bu gün mitinq oldu, sabah analoji sərəncamlar verildi kimi iddianı irəli sürənlərin demək ki, idarəetmədən zərrə qədər də olsun xəbəri yoxdur. Bilirsiniz ki, belə məzmunlu sərəncamların hazırlanması üçün bir sıra araşdırma və dəqiqləşdirmələr aparılır ki, bu da aylar çəkir. Dünyanın bütün ölkələrində müxalifət iqtidardan maaşları, müavinətləri qaldırmağı tələb edir. Yalnız bizim radikal müxalifətdir ki, “niyə edibsiniz və pulu haradan alıbsınız?” sualını verir. Əslində, bu tələbləri müxalifət qoymalıdır və iqtidar addım atanda ona münasibətini açıqlamalıdır. Bu günlərdə imzalanan sərəncamlar onları doğrudan da şoka salıb. Deməyə söz, irad tutmağa arqument tapa bilmirlər. Çünki ölkə əhalisinin böyük bir hissəsini əhatə edən və əhalinin maddi rifah halının yaxşılaşmasına xidmət edəcək belə əhatəli sərəncamlara hansısa qulp qoymaq mümkünsüzdür. Belə yanaşma normal müxalifliyə də ziddir. Bunun adı bolşevizmdir. Hər nə varsa, qara görmək onların yalnız siyasi yanaşmasının deyil, eyni zamanda, psixikasının da korlandığına dəlalət edir. Bilməlidirlər ki, həmin sərəncamlarda hansısa siyasi ayrıseçkiliyə yol verilməyib. Bütün Azərbaycan vətəndaşlarına şamil edilib. Anlasınlar ki, ondan yararlananlar arasında qohumları və üzvləri də az deyil. Yetər ki, bir qədər obyektiv olsunlar”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Samir Adıgözəlli: Sadıxova kimi adamlar diasporumuzun adı ilə Rusiyanın dövlət maraqlarına qulluq edirlər.

“Rusiyada diasporumuzun yenidən qurulması və onunla bağlı ciddi işin ortaya qoyulması gərəkdir” Uzun müddətdir ətrafında …