Çərşənbə axşamı , 9 Avqust 2022
Home » Manşet » Rasim Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib

Rasim Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib

Səbail Rayon Məhkəməsində “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Boyukmillet.com xəbər verir ki, təqdimat təmin edilib və Rasim Məmmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R.Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

O, AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəninin və oğlunun şikayəti əsasında tutulub.

Check Also

İzmitdə Polad Həşimovun adına park açılacaq

Kocaeli Heydər Əliyev Kültür Evi ilə İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin ( İSBAM ) …