Çərşənbə , 16 İyun 2021
Home » Siyasət » Rufiz Qonaqov: Ermənistanın dövlət siyasəti işğalçılığa, terrora və təcavüzkarlığa söykənir

Rufiz Qonaqov: Ermənistanın dövlət siyasəti işğalçılığa, terrora və təcavüzkarlığa söykənir

“İyunun 4-də Kəlbəcər rayonunda iki jurnalistin və Kəlbəcər rayon Susuzluq kənd icra nümayəndəsinin müavininin minaya düşərək həyatlarını itirmələri Ermənistanın müharibə cinayətidir.

Ümumiyyətlə, Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərini minalaması həm hüquqi baxımdan hərbi cinayət, həm də mənəvi baxımdan faşizmə xidmət edən bir addımdır. Bu ölkə hələ aktiv döyüşlərin getdiyi dövrdə Azərbaycanın müharibə zonasından kənarda yerləşən ərazilərini hədəfə aldı və çox sayda günahsız insanı qətlə yetirdi.

Bu baxımdan Ermənistanın törətdiyi cinayətlərə qarşı daha sərt münasibət sərgilənməli, bu ölkəyə lazımi təzyiqlər göstərilməlidir”. Bu fikirləri açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) rəhbəri Rufiz Qonaqov deyib.


Onun sözlərinə görə, Ermənistan heç zaman beynəlxalq Konvensiyalara, beynəlxalq razılaşmalara və qətnamələrə riayət etməyib: “Bu ölkənin dövlət siyasəti işğalçılığa, terrora və təcavüzkarlığa söykənir. Bu baxımdan beynəlxalq aləm anlamalıdır ki, Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməklə daha çox insanın həyatını itirməsi üçün çalışır. Buna yol vermək olmaz”.
PƏRVİZ

Check Also

Türkiyə Prezidenti: “Hava limanları inşa edildikdən sonra bu yerlərə gəliş-gedişlər də artacaq”

“Qardaşım İlham Əliyevin liderliyi və Müzəffər Baş Komandanlığı ilə azadlığına qovuşan Qarabağı yenidən ayağa qaldıracaq …