Şənbə , 13 Avqust 2022
Home » Siyasət » Rufiz Qonaqov: Ölkəmizdə milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar həyata keçirilir

Rufiz Qonaqov: Ölkəmizdə milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar həyata keçirilir

“Siyasi partiyalar arasında dialoq mühitinin gücləndirilməsi istiqamətində aparılan işlər istər siyasi palitrada, istərsə də cəmiyyətin həyatında mühüm müsbət yeniliklərlə yadda qalmaqdadır. Belə ki, ölkədəki dialoq mühiti siyasətdə yeni tərəqqi məzmunlu konsolidasiyalara səbəb olur. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi ölkənin siyasi həyatında yeni demokratik məzmunlu presedent kimi qiymətləndirilməlidir. Fikrimcə, bu addım dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcəkdir. Siyasi rəqabətin əsas aləti olaraq partiyaların güclənməsi vətəndaşların maraqlarının müdafiə olunmasında yeni imkanlar yaradır”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) rəhbəri Rufiz Qonaqov deyib.
Onun sözlərinə görə, siyasi partiyaların YAP-a qoşulmaq istəyi Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan YAP-ın, sözün əsl mənasında, xalq partiyası olmasını bir daha sübut etməklə yanaşı, cəmiyyətin siyasi həyatında avanqard rolunu da təsdiqləyir: “Ölkəmizdə milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar həyata keçirilir. Aparılan dialoq nəticəsində əksər siyasi partiyalar həm iqtidarla, həm də öz aralarında sağlam münasibətlər formalaşdırıblar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır. Belə ki, altı siyasi partiyanın YAP-a qoşulması faktı Azərbaycanda milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiya nümunəsidir”.

Check Also

Gənclər təşkilatlarının yeni PR strategiyası Şamaxıda müzakirə olundu

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə 6-9 …