Bazar ertəsi , 13 İyul 2020
Home » Cəmiyyət » Ruhumu titrədən kənd!.

Ruhumu titrədən kənd!.

Seçicilərlə görüşmək üçün Göygöl rayonunun Şəhriyar kəndinə üz tutanda içimdə boğduğum qəhər dizlərimi titrədirdi. Çünki,1988-ci ildə doğma yurd yerlərimizdən didərgin düşəndə bizə ilk qucağını açan bu kənd qarşısında illərdi özümü borclu hesab edirəm. O vaxt bu kəndə nənəli-babalı, analı-atalı bütöv gəlmişdik. İndi də xatirəmdə o kadrlar bitkin və bütöv qalıb. Hər dəfə bu kəndə gələndə gözüm onların son dəfə
Göyçədən ayaqqabilarında gətirdiklıri bir ovuc torpağı axtarır. O torpaq ki, indi hardasa Şəhriyar kəndinin torpağına qarışıb. O torpaq ki, indi həsrəti içimizi şəhid edir…
Bu düşüncələrlə Şəhriyar kəndində ilk qapısını açdığım 1994-cü ilin aprelin 24-də şəhid olmuş Mehdiyev Vahidin ata-baba evi oldu.Şəhid anası Gülbahar nənə ilə görüşüm heç zaman xarirəmdən silinməyəcək. Yataq xəstəsi olan Gülbahar nənə dərdlərindən, xəstəliyindən danışdı, oğul həsrətinin ağır olduğunu bildirdi. Söylədi ki, ay bala, əlbət oğullar Vətən üçün doğulur, şəhid anası olmaq isə hər anaya qismət olmur Bizim umacağımız nədi ki, diqqət, məhəbbət!. “Gedin, Allahın diqqəti, məhəbbəti üstünüzdə olsun. Deputat olsan kəndimizə su çəkdirərsən, camahat da səndən razı qalar” – deyib gözlərini yenidən şəhid balasının ucaldığı Tanrı məqamına dikdi!.. Şəhid anasının bu sözü, gizlətməyə cəhd etsəm də gözlərimdə iki damla suya çevrildi…
Şəhriyar kəndinin mərkəzindəki görüşdə isə növbəti şəhid anası uşaqlıqdan bir yerdə böyüdüyüm Əminə bacımız oldu .”Saçına bacın qurban nə tez belə ağartmısan deyib, içindəki övlad ağrısını Göyçəli günlərimizin xöş xatirələrini bölüşməklə ovudurmağa çalışdı.Bir anlığa hansı məsuliyyətin altına girməyimin ağırlığını hiss etdim. İlahi, görəsən şəhid balasını ağlamaqdan səsi batmış Anadan mənə səs ver deməyə nə qədər mənəvi haqqımız çatır ?!.. Ətrafda danışılanları artıq eşitmirdim. Hər iki şəhid anasının içərisində çəkdiyi övlad harayı onların səsini, mənim isə qulaqlarımı batırmışdı!…
Bir anlıq demək istədimki, Siz ey Şəhid Anaları, neçəki, torpaqlarımız düşmən tapdağından azad olunmayıb, səsvermə məntəqələrinə gəlməyiniz belə bizə halal deyil. Bizə səs verməyin, çünki Azərbaycanın qulağı batar!
Əziz Şəhid anaları, qarşınızda baş əyirəm… Hələlik bu baş qarşınızda dik dura bilməz(((

Check Also

AQTA daha 74 obyektdə pozuntular aşkarladı

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi …