Bazar ertəsi , 6 Fevral 2023

Rumıniya Avstriyadakı səfirini geri çağırıb

Rumıniya Avstriyadakı səfiri Emil Hurezeananı məsləhətləşmələr üçün geri çağırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ruminiya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, buna səbəb Avropa İttifaqının Daxili İşlər və Ədliyyə Şurasının iclasında Avstriyanın Ruminiyanın Şengen zonasına qoşulmasının əleyhinə səs verməsi olub.

Xatırladaq ki, Rumıniya və Bolqarıstanın Şengen zonasına qoşulmaq üçün müraciətləri cümə axşamı Brüsseldə Aİ-nin Daxili İşlər və Ədalət Şurasının iclasında rədd edilib. Rumıniyanın Şengen zonasına daxil edilməsinin əleyhinə səsvermə zamanı yalnız Avstriya çıxış edib. Eyni zamanda Aİ ölkələri Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib.

Şengen zonasına daxil olan ölkələrin vətəndaşları üçün daxili sərhədlərdə viza nəzarəti ləğv edilib. Hazırda onun tərkibinə 22-si Avropa İttifaqının üzvü olan 26 ölkə daxildir. Zona 1985-ci ildə Lüksemburqda Şengen zonasında imzalanmış müqavilə əsasında yaradılıb.

Check Also

Qərb ölkələri İranın nüvə fəaliyyəti ilə bağlı bəyanat yayıb

ABŞ, Fransa, Almaniya və Böyük Britaniya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın Fordo zavodundakı …