Bazar , 24 May 2020
Home » Cəmiyyət » RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQI “Biz birlikdəyik”xeyriyyə aksiyasında iştirak edib

RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQI “Biz birlikdəyik”xeyriyyə aksiyasında iştirak edib

RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQI VƏ DÜNYA AZƏRBAYCAN MƏDƏNİYYƏT Fondunun prezidenti Fizuli Məmmədovun təşəbbüsü ilə yaradılmış operativ qərargaha dünyada yayılmaqda davam edən epidemiya ilə əlaqədar edilən müraciətlərin sayı artmaqdadır. Təşkilata ünvanlanan sorğu sırasında çətin vəziyyətdə qalmış yaşlı nəslin müraciətlərinə daha fəal şəkildə cavab verilməkdədir.

RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQI VƏ DÜNYA AZƏRBAYCAN MƏDƏNİYYƏT Fondunun prezidenti Fizuli Məmmədovun göstərişi əsasında Sankt-Peterburq və Leninqrad vilayətindəki RAİ-nin nümayəndələri Naib Paşayev, Elçin Ağayev və Xəyal Nəsibov “Biz birlikdəyik” xeyriyyə aksiyasında iştirak ediblər. Təqaüdçülərə yardım göstərilərək, ərzaq səbətləri paylanılıb.

Aksiyada iştirak edən RAİ-nin Leninqrad vilayəti üzrə nümayəndəsi Naib Paşayev təqaüdçülər qarşısında çıxış edərək ümumi fəlakətə, yalnız birlikdə qalib gəlməyin mümkünlüyünü qeyd edib. 
“Biz bir xalqıq, bir-birimizə kömək etməliyik, xüsusən də ümumi evimizə belə bir fəlakət gələndə!” deyə N.Paşayev vurğulayıb.

Check Also

Füzuli Məmmədovdan Ramazan təbriki

Rusiya Azərbaycanlıları İttifaqının sədri Füzuli Məmmədov Ramazan bayramı münasibetilə xalqımızı ve dünya müsəlmanlarını tebrik edib. …