Şənbə , 21 Sentyabr 2019
Home » Gündəm » Rusiya Azərbaycanlıları İttifaqı Hüseyn xan Naxçıvanskinin heykəlinin ucaldılmasının maliyyə xərclərini öz üzərinə götürdü-VİDEO

Rusiya Azərbaycanlıları İttifaqı Hüseyn xan Naxçıvanskinin heykəlinin ucaldılmasının maliyyə xərclərini öz üzərinə götürdü-VİDEO

Rusiya imperiyasının Azərbaycan əsilli hərbi xadimi, tam süvari qoşunu generalı Hüseyn xan Naxçıvanskinin Rusiyanın Piter şəhərində heykəlinin ucaldılmasının maliyyə dəstəyini Rusiya Azərbaycanlıları İttifaqı qarşılayacaq. 

boyukmillet.com xəbər verir ki, heykəlin ucaldılması üçün lazım olan maliyyə vəsaiti 3 il bundan əvvəl Azərbaycan hökuməti tərəfindən ayrılsa və onun ucaldılmasına müvafiq dairələr tərəfindən yer ayrılsa da, lakin ötən müddət ərzində qeyd edilən istiqamətdə heç bir iş görülməyib. Daha dəqiq desək heykəlin ucaldılması məqsədilə ayrılan vəsait tamam başqa məqsədlərə sərf edilib. 

Aparılan jurnalist araşdırması nəticəsində abidənin ucaldılması işinin fəaliyyəti dayandırılmış ÜmumRusiya Azərbaycanlıları Konqresi tərəfindən həyata keçiriləcəyi məlum olub. Lakin zamanında konqresin rəhbər strukturlarında təmsil olunan şəxslər abidənin ucaldılması üçün ayrılan maliyyə vəsaitinin aqibətinə aydınlıq gətirə bilməyiblər.

Yaranmış vəziyyətdən çıxış yolunu isə yenə də Rusiya Azərbaycanlıları İttifaqı tapıb. Belə ki, RAİ Hüseyn xan Naxçıvanskinin heykəlinin ucaldılması üçün lazım olan maliyyə vəsaitini ayıracağını açıqlayıb.

Qeyd edək ki, Hüseyn xan Naxçıvanski Rusiya-Yaponiya müharibəsində (1904-1905) qafqazlılardan təşkil olunmuş 2-ci Dağıstan süvari alayına komandirlik edib. 

Bu barədə araşdırma materialı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

Hüseyn xan Naxçıvanski abidəsinə ayrılan pullar hardadır?

Hüseyn xan Naxçıvanski abidəsinə ayrılan pullar hardadır?Deməli Azərbaycan höküməti 3 ildir heykəlin qoyulmağı üçün maliyə ayırıb göndərilib Rusiya səfirliyinə. Abidə üçün dava qırğınla yer, icazə alınsa da pul gəlib Piterə çatmayıb. Sona qədər baxın, dostum Hüseynov İslam hər kəsə zəng vursa da sualları cavabsız qalır. İçlərində bir Rusiya Azərbaycanlıları İttifaqı maliyəni öz boynuna götürür.

Gepostet von TURAN TV am Montag, 9. September 2019

Check Also

QRAND QUDMANYAN: QARABAĞ AZƏRBAYCAN TORPAĞIDIR VƏ HƏMİŞƏ DƏ BELƏ OLACAQDIR.

QRAND QUDMANYAN: QARABAĞ AZƏRBAYCAN TORPAĞIDIR VƏ HƏMİŞƏ DƏ BELƏ OLACAQDIR.“Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin” sədri kimi, …