Cümə , 19 İyul 2024
Drone Cameras

Rusiya BMT nümayəndələrini Kaxovka SES-in ərazisinə buraxmayıb

Rusiya BMT nümayəndələrini Kaxovskaya su elektrik stansiyasının partlaması nəticəsində zərər çəkmiş Xerson vilayətinin sol sahilindəki ərazilərə buraxmayıb.

Boyukmillet.com “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu BMT-nin Ukraynadakı humanitar koordinatoru Denis Braun bildirib.

Braun Rusiya hakimiyyətini beynəlxalq humanitar hüquq çərçivəsində götürdükləri öhdəliklərə uyğun hərəkət etməyə çağırıb.

“Rusiya hökuməti indiyədək müvəqqəti hərbi nəzarəti altında olan ərazilərə girişlə bağlı müraciətimizi rədd edib. BMT lazımi girişin əldə edilməsi üçün fəaliyyətini davam etdirəcək. Biz ehtiyacı olan insanlara yardım göstərməkdən imtina edə bilmərik”, – BMT-nin humanitar koordinatoru deyib.

Rusiya hərbçiləri Kaxovka SES-i iyunun 6-na keçən gecə partladıblar. Nəticədə yaşayış məntəqələrini su basıb, təbiətə xeyli ziyan dəyib. Son məlumatlara görə, Kaxovka Su Elektrik Stansiyasının (SES) partladılması nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.

Check Also

Ermənistan MN-də ABŞ ordusunun nümayəndəsi çalışacaq

ABŞ ordusunun nümayəndəsi Ermənistan Müdafiə Nazirliyində (MN) çalışacaq. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ dövlət …