Bazar ertəsi , 3 Oktyabr 2022
Home » Xarici siyasət » Rusiya Hökumətinin sədri ilə Azərbaycanın Baş naziri arasında telefon danışığı olub

Rusiya Hökumətinin sədri ilə Azərbaycanın Baş naziri arasında telefon danışığı olub

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin avqustun 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.

Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Telefon danışığı zamanı Azərbaycan-Rusiya strateji tərəfdaşlığının inkişafından məmnunluq ifadə olunub, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi perspektivləri müzakirə edilib.

Həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Check Also

Ceyhun Bayramov İsveçrənin dövlət katibini Ararat Mirzoyanla görüşü barədə məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə dövlət katibi Livia Leunu Ermənistanın xarici işlər naziri …