Cümə , 19 İyul 2024
Drone Cameras

Rusiya və İran PKK/YPG-yə dəstək verən ölkələri qınayıb

Qazaxıstanın paytaxtı Astanada Suriya üzrə danışıqların növbəti raundu baş tutub. İran, Rusiya və Türkiyə nümayəndələrinin Suriya üzrə 20-ci beynəlxalq görüşünün yekunlarına dair birgə bəyanatda Suriyanın şimal-şərqində terrorçu birləşmələrə (PKK/YPG) dəstək verən ölkələrin qeyri-qanuni fəaliyyətləri pislənilib.

Boyukmillet.com Türkiyə KİV-inə istinadən xəbər verir ki, regionda davamlı təhlükəsizlik və sabitlik yalnız ölkənin suverenliyi və ərazi bütövlüyünün qorunması əsasında əldə edilə bilər.

Suriya üzrə Astana danışıqlarının qarantı olan Türkiyə, Rusiya və İran Suriya – Türkiyə münasibətlərinin normallaşdırılması üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Check Also

Ermənistan MN-də ABŞ ordusunun nümayəndəsi çalışacaq

ABŞ ordusunun nümayəndəsi Ermənistan Müdafiə Nazirliyində (MN) çalışacaq. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ dövlət …