Cümə , 19 İyul 2024
Drone Cameras

Rusiya XİN rəsmisi: “Şimal-Cənub” dəhlizi region üçün flaqman layihədir

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi bütün region üçün flaqman layihədir.

Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri Departamentinin direktor müavini Mixail Kaluqin Bakıda keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının V iclasında deyib.

O qeyd edib ki, bu layihənin həyata keçirilməsi Rusiya ilə Azərbaycan arasında münasibətlərə də müsbət təsir göstərir:

“Bu dəhliz bir neçə onillikdir ki, inkişaf edir. Lakin son iki ildə bu dəhlizin Rusiyadan Azərbaycana, buradan isə İrana qədər uzanan güclü qərb qolunun yaradılması da daxil olmaqla aktiv icra mərhələsi həyata keçirilir”.

M.Kaluqin vurğulayıb ki, hazırda bu layihədə iştirak edən hər bir tərəflə fəal dialoq aparılır:

“Layihənin icrası ilə bağlı artıq “yol xəritəsi” razılaşdırılıb. Xüsusən də söhbət mövcud yolların modernləşdirilməsindən və yenilərinin tikintisindən gedir”.

Check Also

“Zəngilan” tankerinin ilk səfəri Türkmənistanın Alaca limanına olub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda tikilmiş və iyulun 2-də …