Çərşənbə axşamı , 31 Mart 2020
Home » Dünya » Rusiyada koronavirusdan ilk ölüm qeydə alındı

Rusiyada koronavirusdan ilk ölüm qeydə alındı

Rusiyada koronavirusdan ilk ölüm qeydə alınıb.

Boyukmillet.com “Interfax”a istinadən xəbər verir ki, 79 yaşlı qadının ölümünə bir sıra xronik xəstəliklər səbəb olub.

Məlumata görə, qoca qadın martın 13-də xəstəxanaya yerləşdirilmişdi.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 176 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 219 965-ə çatıb. Bunların 85 769 nəfəri sağalıb, 8 980 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Check Also

Azərbaycanlılara qarşı soyqırımından 102 il ötür

Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımının ildönümüdür. Soyqırımından 102 il ötür. 1918-ci …