Çərşənbə , 25 May 2022
Home » Region » Rusiyanın Ermənistandakı poliqonunda partlayış olub, ölən var

Rusiyanın Ermənistandakı poliqonunda partlayış olub, ölən var

Rusiya Silahlı Qüvvələrinin Ermənistanın Gümrü rayonundakı 102-ci hərbi bazasına məxsus Kamxut dağlıq ərazisində baş vermiş partlayış nəticəsində bir nəfər həlak olub.

Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir.

Axuryan bələdiyyəsi sədrinin birinci müavini Karen Arşakyan bildirib ki, mərmi saat 15:30 radələrində partlayıb. Hadisə nəticəsində yaxınlıqdakı kənddən olan 1957-ci il təvəllüdlü çoban ölüb.

Arşakyanın sözlərinə görə, həmin vaxt poliqonda heç bir təlim olmayıb: “Ola bilsin, mərmi əvvəlki təlimlərdən qalıb”.

Check Also

NATO baş katibi Rusiya-Ukrayna müharibəsinin necə bitəcəyini açıqlayıb

Rusiyanın Ukraynaya qarşı müharibəsi çox güman ki, ondan əvvəlki bütün silahlı münaqişələr kimi danışıqlar masası …