Şənbə , 3 İyun 2023

Rusiyanın Ukraynadakı itkilərinin sayı 165 000-i ötüb

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi hərbçilərin sayı 165 610-a yüksəlib.

Boyukmillet.com xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Son sutkada Rusiya Ukraynada 700-dən çox hərbçi itirib.

Qeyd edək ki, Rusiya qoşunlarının müharibədəki başqa döyüş itkiləri 3 537 tank, 6 869 zirehli maşın, 2 160 operativ-taktiki PUA, 507 reaktiv yaylım atəşi sistemi, 2 577 artilleriya sistemi, 270 hava hücumundan müdafiə sistemi, 305 təyyarə, 290 helikopter, 5 415 avtomobil və tanker, 265 xüsusi texnika, 907 qanadlı raketdən ibarətdir.

Check Also

Nikol Paşinyan Türkiyədə səfərdədir

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədir. Boyukmillet.com xəbər verir ki, onu …