Çərşənbə , 9 İyul 2025
Drone Cameras

Sədərəyin Dəmirçi kəndində taxıl sahəsində yanğın olub

Sədərək rayonunun Dəmirçi kəndi yaxınlığında taxıl sahəsində yanğın baş verib.

Boyukmillet.com xəbər verir ki, dərhal əraziyə Sədərək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində biçilmiş taxıl sahəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf əkin sahələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 0,5 hektar biçilmiş taxıl sahəsi yanıb. Ətrafdakı taxıl sahələri yanğından mühafizə olunub.

Check Also

Hüquq müdafiəçisi haqqında şikayət icraata götürülüb

Vəkillər Kollegiyasının üzvü onun haqqında xüsusi ittiham qaydasında iddia qaldırıb İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri …