Cümə axşamı , 7 İyul 2022
Home » Xarici siyasət » Səfir: “Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətləri formalaşıb”

Səfir: “Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətləri formalaşıb”

“Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq və qarşılıqlı fayda kəsb edən əməkdaşlıq münasibətləri formalaşıb”.

Boyukmillet.com xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində təşkil edilmiş, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə və Azərbaycan-Qazaxıstan Ekspertlər Şurasının yaradılmasına həsr olunmuş “dəyirmi masa”da çıxışı zamanı bildirib.

“Əlaqələrimiz böyük tarixə malikdir. Eyni kökə bağlı dilimiz, ənənələrimiz və dəyərlərimiz münasibətlərimizin əsasını təşkil edir. Milli liderlər – Nursultan Nazarbayev və Heydər Əliyev bu münasibətlərin formalaşmasında xüsusi rola malikdirlər”, – səfir deyib.

Diplomat Qazaxıstandakı Azərbaycan diasporunun fəallığını xüsusilə vurğulayıb.

Check Also

Ceyhun Bayramov AQEM-in icraçı direktoru ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) …