Şənbə , 3 İyun 2023

Səfir: “Pakistan və Azərbaycan beynəlxalq arenada bir-birini bundan sonra da dəstəkləyəcək”

Bakıda Pakistan Günü qeyd olunub.

Boyukmillet.com xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye iştirak edib.

“Bu gün ölkəmiz üçün çox önəmlidir, çünki pakistanlıların birləşdiyi gündür. 1956-cı il martın 23-də biz suverenlik əldə etdik və hər il bu günü dərin ehtiramla qeyd edirik”, – o bildirib.

Səfir vurğulayıb ki, Azərbaycanla Pakistan arasında qardaşlıq münasibətləri mövcuddur.

O, həmçinin müxtəlif beynəlxalq platformalarda Pakistanı dəstəklədiyinə görə Azərbaycana təşəkkür edib:

“Qardaş ölkələrimiz beynəlxalq aləmdə həmişə bir-birini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək”.

Check Also

Prezident İlham Əliyev Azərbaycan və İsrail arasında imzalanan sazişi təsdiqləyib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində …