Şənbə , 2 Dekabr 2023

Səfir: “Qənirə Paşayeva Özbəkistanda da layiqli hörmət qazanmışdı”

“Qənirə Paşayeva qısa sürən bütün ömrünü xalqına fədakar xidmətə, eləcə də onun xarici ölkələrlə əlaqələrinin möhkəmləndirməsinə həsr etdı”.

Boyukmillet.com xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəxram Əşrəfxanov “X” hesabında yazıb.

O, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib.

Diplomat bildirib ki, Q.Paşayeva Özbəkistanda layiqli hörmət qazanmışdı: “Onun ailəsinə, yaxınlarına və parlamentin rəhbərliyinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin”.

Check Also

İcma nümayəndəsi BMT-ni azərbaycanlıların Ermənistana qayıdışına dəstək verməyə çağırıb

Qərbi Azərbaycan İcması 2023-cü il noyabrın 30-dan dekabrın 1-dək Cenevrədə keçirilmiş BMT-nin Azlıqların Məsələləri üzrə …