Çərşənbə axşamı , 16 Avqust 2022
Home » Cəmiyyət » “Şəhidlər əsla unudulmur və hər zaman ehtiram hissi ilə yad edilir”

“Şəhidlər əsla unudulmur və hər zaman ehtiram hissi ilə yad edilir”

Cəlil Xəlilov: “Millət vəkillərimizin şəhid ailələri ilə bağlı xeyriyyə aksiyalarında aktiv iştirakı təqdirəlayiqdir”

Bu günlərdə Deputat Vüqar İskəndərovun təşkilatçılığı və Şəkinin xeyriyyəçi iş adamlarının dəstəyi ilə Vətən Müharibəsində şəhid olan hərbçilərimizin övladları ilə bağlı humanist aksiyaya start verilib. 4 şəhid ailəsində uşaqların yüksək səviyyədə təhsil almasını təmin etmək üçün onlara aylıq təqaüd verilməsinə başlanılıb. Məlumat üçün qeyd edək ki, millət vəkilləri Məşhur Məmmədov, Elnur Allahverdiyev və s. deputatlar da şəhid və qazi ailələri ilə bağlı təşkil etdikləri çoxsaylı xeyriyyə tədbirləri ilə diqqət çəkir.

Boyukmillet.com xəbər verir ki, Moderator.az-a açıqlamasında millət vəkillərinin təşəbbüsü və təşkilatçılığı ilə şəhid ailələri ilə bağlı bu cür xeyriyyə tədbirlərinin keçirilməsini təqdir edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, bu kimi təşəbbüslərin təqdirlayiq olduğunu bildirib:

“Millət vəkillərimizin iştirakı və təşkilatçılığı ilə Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinə bu cür yardımların göstərilməsi təbii ki, alqışalayiq bir addımdır. Şübhəsiz, dövlətimiz hər bir şəhid və qazi ailəsinə yüksək səviyyədə diqqət və qayğı göstərir, onların hər bir ehtiyacını qarşılayır. Lakin bu məsələdə hər bir vətəndaşın da üzərinə mühüm öhdəliklər düşür. Bu gün şəhid ailələrinə, qazilərə dəstək olmaq istəyən hər kəs “YAŞAT” Fondu vasitəsi ilə öz dəstəyini göstərə, bu müqəddəs işə töhfə verə bilər.

Sevincidir ki, bu məsələdə millət vəkillərimiz də ciddi aktivlik sərgiləməkdədir. Millət vəkillərimizdən Vüqar İskəndərovun, Məşhur Məmmədovun, Elnur Allahverdiyevin və bir sıra başqalarının bu istiqamətdə gördüyü işlər olduqca əhəmiyyətlidir. Onu da untumaq olmaz ki, bu kimi aksiyaların önəmi sadəcə şəhid və qazi ailələrinin maddi rifahını yüksəltməklə qalmır, cəmiyyət üçün də mesaj rolunu oynayır. Bu mesajın mahiyyəti isə ondan ibarətdir ki, həyatını vətənə qurban verən insanlar, onların ailə üzvləri heç vaxt unudulmur, hər zaman sevgi və ehtiram hissi ilə yad edilir.

Mən şəhid ailələri və qazilərlə bağlı bu cür layhələrin həyata keçirilməsində iştirak edən millət vəkillərimizə, iş adamlarına, hər bir vətəndaşımıza öz minnətdarlığımı bildirir, təşəkkür edirəm”.

Seymur ƏLİYEV

Check Also

Qaradağda Sabir Rüstəmxanlıyla görüş keçirildi – VİDEO+FOTO

Bu gün Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirilib.Boyukmillet.com xəbər verir ki, …