Bazar , 31 May 2020
Son Xəbər
Home » Cəmiyyət » Sərnişinlər avtobus azlığından narazıdır: BNA iradlarla razılaşmır

Sərnişinlər avtobus azlığından narazıdır: BNA iradlarla razılaşmır

Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar sərnişinlərin sayı artıb.

Daha çox pik saatlarda şəhərdə sıxlıq müşahidə olunur.

Cebhe.info-ya bu barədə müraciət edən sərnişinlərin dediyinə görə, əsasən Bakıətrafı qəsəbələrdən şəhərə və ya əksinə hərəkət edən avtibuslarda həddindən artıq sıxlıq yaranır. Bu da sosial məsafənin gözlənilməməsi baxımından koronavirusa yoluxma riskini artırır. Bir sözlə, sayı artan sərnişin tələbatı ilə bağlı xəttə çıxan avtobusların sayı və intervalı ilə bağlı narahatlıq var.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib ki, səhər və axşam saatlarında sərnişin axını daha çox olan istiqamətlərdə müntəzəm və ekspres xətlər üzrə daşımalara əlavə sayda avtobuslar cəlb edilir:

“Gündəlik olaraq Bakı şəhəri üzrə 1820 ədəd avtobus xəttə buraxılır ki, onunda 830 ədədə yaxını ətraf kənd və qəsəbələr istiqamətində hərəkət edir. İlk dəfə olaraq sərnişindaşımalara 20 ədədə yaxın 18 metrlik avtobuslar da buraxılıb.

Ümumilikdə hazırda xəttə çıxan avtobusların sayı təhsil müəssisələrinin fəaliyyətinin dayandırıldığı yay mövsümü ilə müqayisədə 15 % çoxdur. Belə ki, ötən yay mövsümündə ümumi sərnişin tələbatının azalması fonunda gündəlik olaraq xəttə 1600 ədədə yaxın avtobus çıxarılıb.

Həmçinin, müntəzəm sərnişindaşıma xidməti göstərən daşıyıcılara avtobusların maksimum sayda xəttə çıxarılması və hərəkət intervalının azaldılmasına dair rəsmi tapşırıq verilib”.

Alçina Amilqızı

Check Also

Bu tələbələr ölkəyə buraxılmayacaq – QADAĞA

Ağ ev Çindən olan bəzi tələbələrin, xüsusən də doktorantura təhsili alanların və tədqiqatçıların ABŞ-a daxil …