Şənbə , 3 İyun 2023

Şərqi Azərbaycan Vəkillər Kollegiyasının sədr müavini: “İran rejiminə son zərbəni Təbriz vuracaq”

“İran rejiminə son zərbəni Təbriz vuracaq”.

Boyukmillet.com xəbər verir ki, bunu Şərqi Azərbaycan Vəkillər Kollegiyasının sədr müavini Sina Yusifi deyib.

Onun sözlərinə görə, İranın Azərbaycana qarşı qeyri-səmimi mövqeyi, təhdidləri Güney Azərbaycanda narazılıqla qarşılaşıb.

S.Yusifi İran hökumətinin Azərbaycanla Ermənistan arasında olan məsələlərə müdaxiləsini pisləyib və bunun nəticələri barədə xəbərdarlıq edib:

“İran hökuməti daxili böhrandan canını qurtarmaq üçün Azərbaycanla Ermənistan arasında olan ixtilaflardan istifadə etməyə çalışır. Amma Tehran hökumətinin Qarabağ məsələsinə müdaxiləsi İslam Respublikasının devrilməsi ilə nəticələnə bilər”.

Check Also

Nikol Paşinyan Türkiyədə səfərdədir

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədir. Boyukmillet.com xəbər verir ki, onu …