Bazar ertəsi , 3 Oktyabr 2022
Home » Cəmiyyət » “Səssizliyin səsi olaq!” şüarı ilə QHT Şuşaya səfər etdi

“Səssizliyin səsi olaq!” şüarı ilə QHT Şuşaya səfər etdi

Təşkilat rəhbəri Cəmilə Çingizqızı Boyukmillet.com-a bildirib ki, 10 sentyabr Prezident Administrasiyasının dəstəyi ilə Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi üzvləri “Səssizliyin səsi olaq!” şüarı ilə birgə Şuşa şəhərində olublar. İlk növbədə bu səfəri bizim üçün təşkil edən Administrasiyada QHT lərlə iş sektor müdür Vusal Quliyev təşəkkür edirik. Sosial yönümlü təşkilat olaraq üzvlərimizə göstərilən diqqəti yüksək dəyərləndiririk. Eşitmə məhdudiyytli şəxslər eşitməsələr də duyğuları hədsiz dərəcədə çox olur. Onların Şuşa səfəri zamanı keçirdikləri hissləri, yaşadıqları anı , dilə gətirib deyə bilmədikləri sevinci sadəcə gözlərində duymaq lazım idi. Baxmayaraq ki, il boyu üzvlərimiz ilə bir çox regionlara səfərlər edirik, bu səfər tam başqa bir hiss idi. Səbirsizliklə gözlədikləri bu səfər yaddaşlarına həkk oldu. 30 illik həsrətimizə, 44 günlük müharibəmizlə son qoyan Prezidentimiz cənab İlham Əliyevin Dəmir yumruğu, Zəfər yolu salan qüdrətli ordumuzun işğaldan azad etdiyi torpaqlarımıza ZƏFƏR YOLU ilə getmək hissi unudulmazdır.

İşğaldan azad olan Qədim tariximiz , Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər yüksək səviyyədə təşkil olunmuşdu. Səfərdə təşkilayımızın eşitmə məhdudiyyətli üzvləri ilə yanaşı valideyinləri də iştirak etdi. Yol boyu üzvlərə Şuşa tarixi, işğalı, 44 günlük müharibəmiz, Dəmir yumruqlu Prezidentiniz İlham Əliyevin , qüdrətli ,rəşadətli ordumuzun apardığı müharibədən danışıldı və Jest dili təlimçimiz, aparıcı jurnalist Nuranə Abıyeva danışılanları Jest dilində üzvlərimiz üçün tərcümə etdi. Yol boyu yaşanan bəzi fraqmentləri bir video rolikdə cəmləyən Nuranə xanıma təşəkkür edirik. Hər zaman layihələrimizdə bizə yaxından dəstək göstərən fəal üzvümüz “Səssizliyin Səsi Olaq !!!” şüarımızın yaradıcısı , Prezident mükafatçısı Nargiz xanıma da təşəkkür edirik Səfərdə iştirak edən ən kiçik üzvümüz koxlear implatlı 8 yaşlı Gözəl Məmmədova oldu. . Səfərimiz gözəl hisslərlə başa çatdı.

Check Also

Hacıqabulun ən böyük qəsəbəsində içməli su tapılmır- Videoreportaj

Hacıqabul rayonunun ən böyük qəsəbələrindən olan Muğan sosial problemlərin məngənəsində boğulur. Qəsəbə ucqar bir ərazidə …