Çərşənbə , 16 İyun 2021
Home » hadisə » Saatlıda 27 yaşlı gənc oğlan yol qəzasında xəsarət aldı

Saatlıda 27 yaşlı gənc oğlan yol qəzasında xəsarət aldı

Saatlıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Boyukmillet.com xəbər verir ki, hadisə Bakı-Bəhramtəpə magistral yolunun rayonun Qıraqlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

İki avtomobilin toqquşması zamanı Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Mehdiyev Cabir Musa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Ağsuda polis əməkdaşını avtomobil vurub

Ağsu rayonunda polis əməkdaşını avtomobil vurub. Boyukmillet.com “Report”un Yuxarı Şirvan bürosuna istinadən xəbər verir ki, …