Bazar ertəsi , 25 Sentyabr 2023

“Sabah” basketbol klubu Serbiyada ardıcıl 3-cü qələbəsini qazanıb

“Sabah” basketbol klubu Serbiyada təşkil edilən təlim-məşq toplanışında son yoldaşlıq görüşünü keçirib.

Boyukmillet.com xəbər verir ki, 5-ci sınağına çıxan Azərbaycan çempionu ardıcıl üçüncü qələbəsini qazanıb.

“Sabah”ın sınaqçı rəqibinin “Zlatibor” olması planlaşdırılsa da, son anda proqramda dəyişiklik edilib. Komandamız yerli “Klik”i 91:62 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “Sabah” ilk iki yoxlama oyununda Serbiya klubları “Vrsac” (57:62) və “Radniçki”yə (81:82) məğlub olub, ardından “OKK Belqrad” (97:84) və “Srvena Zvezda 2”yə (81:78) qalib gəlib.

Check Also

Polo üzrə Azərbaycan yığması Avropa çempionatında gümüş medal əldə edib

Azərbaycan yığması Almaniyanın Düsseldorf şəhərində keçirilən at polosu üzrə 14-cü Avropa çempionatında final oyununa çıxıb. …