Bazar ertəsi , 15 İyul 2024
Drone Cameras

Sabah BMT-də BTQ-nin kolonializmlə mübarizəyə həsr olunmuş konfransı keçiriləcək

Bakı Təşəbbüs Qrupunun sabah, iyunun 20-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında kolonializmə qarşı mübarizəyə həsr olunmuş növbəti konfransı keçiriləcək.

Boyukmillet.com  xəbər verir ki, konfrans BMT-nin Müstəmləkə altında olan ölkələr və xalqlara müstəqillik verilməsi haqqında bəyannamənin icrası ilə bağlı yaradılmış xüsusi Komitə – C24-ün illik iclası çərçivəsində baş tutacaq.

“Müstəqilliyə və Fundamental Azadlıqlara doğru: Müstəmləkəçiliyə son qoyulmasında C24 Komitəsinin Rolu” adlı Konfransda Fransanın və Niderlandın müstəmləkə altında saxladığı ərazilərdən, habelə Korsika, Fransız Qvianası, Qvadalup, Martinik, Maohi Nui (Fransız Polineziyası), Kanaki (Yeni Kaledoniya), eləcə də Sent-Martin, Bonayre, həmçinin, ABŞ, Fransa, Braziliya, Qəmər Adaları İttifaqı və Niderlanddan 40-dan artıq rəsmi şəxslər, müstəqillik hərəkatlarının rəhbər şəxsləri, dekolonizasiya üzrə ekspertlər, deputatlar və tədqiqatçılar iştirak edəcək.

Bakı Təşəbbüs Qrupunun bundan öncə təşkil etdiyi beynəlxalq konfranslardan fərqli olaraq, bu tədbirdə ilk dəfə olaraq Niderlandın koloniyaları olan Sent-Martin və Bonayredən nümayəndələrinin iştirakı və çıxışı nəzərdə tutulur.

Konfransda həmçinin, Yeni Kaledoniyanın xarici işlər naziri ölkəsində baş verən son hadisələr, o cümlədən Fransa hökumətinin kanak xalqına qarşı həyata keçirdiyi vəhşiliklər barədə dünya ictimaiyyətini məlumatlandıracaq.

Check Also

Xain çevriliş cəhdi: 15 İYUL 2016-CI İL

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Prof. Dr. Fahrettin Altun 15 iyul Demokratiya və Milli …