Home » Cəmiyyət » Sabunçuda nişan mərasiminində iştirak edən 20 nəfər məsuliyyətə cəlb edildi

Sabunçuda nişan mərasiminində iştirak edən 20 nəfər məsuliyyətə cəlb edildi

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Zabrat qəsəbəsində yaşayan Ö.Bəşirovun sanitariya-gigiyena və karantin rejim qaydalarını pozaraq evində övladına nişan mərasimi təşkil etdiyi məlum olub.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən  verilən məlumata görə, polislər tərəfindən mərasimin qarşısı alınıb.

Orada iştirak edən ümumilikdə 20 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Check Also

Azərbaycanda bir həftəlik Ramazan tətili başlayıb

Bu gündən Azərbaycanda Ramazan bayramı ilə əlaqədar bir həftəlik tətil başlayıb. Boyukmillet.com -un məlumatına görə, …