Şənbə , 13 Avqust 2022
Home » Cəmiyyət » “Sağlamliq Imkanlari Məhdud Uşaqlara Səyyar Sosial Reabilitasiya Xidmətinin Göstərilməsi” layihəsi həyata keçirilib

“Sağlamliq Imkanlari Məhdud Uşaqlara Səyyar Sosial Reabilitasiya Xidmətinin Göstərilməsi” layihəsi həyata keçirilib

Azərbaycan Respublikasinin “Əlil Qadinlar Cəmiyyəti” İctimai Birliyi (ƏQC.İB) Azərbaycan Respublikasi Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə “Sağlamliq Imkanlari Məhdud Uşaqlara Səyyar Sosial Reabilitasiya Xidmətinin Göstərilməsi” layihəsinin həyata keçirilməsi (Bakı- Xətai rayonu, Bakı- Nəsimi rayonu, Bakı şəhəri – Nizami rayonu, Bakı şəhəri – Nərimanov rayonu, Bakı şəhəri – Sabunçu rayonu, Qazax rayonu ) əlilliyi oaln uşaqların gələcəyinin təminatına çevrildi.
“Sağlamlıq İmkanları məhdud uşaqlara səyyar sosial reabilitasiya xidmətinin göstərilməsi” layihəsinin dəstəyi ilə Azərbaycanın şəhər və rayonlarında layihəyə100 nəfər sağlamlıq imkanları məhdud olan uşaqlar cəlb olunmuşdur.
Layihəyə cəlb olunan işçi heyyəti tərəfindən qarşıya qoyulan məqsədlərə əlçatanlığı təmin edilmişdir.

  • Xüsusi qayğıya ehtiyacı olan uşaqların 100 nəfər uşağa səyyar formada sosial reabilitasiya xidmətlərinin göstərilməsi;
  • Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya sahəsində ailələrin bilik və bacarıqlarını inkişaf etdirmək üçün evlərə səfərlərin edilməsi;
  • Çətin həyat şəraitində olan ailələrin layihənin fəaliyyəti haqqında məlumatlandırmaq və onların sosial xidmətlərə çıxışını təmin etmək;
  • Əlilliyi olan uşaqların bacarıqlarını 5 sahə üzrə (psixoloji, əqli, fiziki, nitq, sosial) inkişaf etdirmək;
  • Əqli və fiziki qüsurları olan uşaqlara mümkün dərəcədə öz ünsiyyət bacarıqlarını inkişaf etdirməsinə kömək etmək.
  • SİMU-la düzgün münasibətin qurulmasına şəraitin yaradılması;
    Layihəyə cəlb olunan işçi heyyətin Corona Virus Pandemiya dövrünün çətinliklərinə baxmayaraq evlərdə sağlamlıq İmkanları məhdud uşaqlara səyyar sosial reabilitasiya xidmətinin göstərilməsi işini davam etdirmişdilər. Layihənin əsas işçi heyyəti olan uşaq inkişafı mütəxəssisi, ailəyə dəstək mütəxəssisi, sosial işçi, abilitasiya işçisi, psixoloqdan ibarət qrup evlərdə (SİMU) sağlamlıq imkanları məhdud uşaqlara səyyar sosial reabilitasiya xidmətlərinin təşkilində xüsusi fəallıq gstərmişlər. Səyyar sosial xidmətlər ailələrin arzu və istəklərinə görə Coronavirus Pandemiyası (COVİD-19) dövrünün ağır zamanlarına düşdüyündən onlayn kurslar da keçirilməli oldu.

İşçi heyyəti əsasən peşə istiqamətlərinə görə əlilliyi olan uşaqlarla səyyar xidmətlər göstərmişlər, onların ehtiyaclarının ödənilməsində humanist yanaşmalara üstünlük vermişlər. Həyata keçirilən fəaliyyətlər SİMU-ın həyatında olduqca xüsusi əhəmiyyət kəsb edir. Onların cəmiyyətə inteqrasiya olumaları, ali təhsilə cəlb edilmələri, gələcəyin sahibkarı, iş adamı kimi sahələrdə fərqlənmələrinin zəmanətinə çevrilir.
Uşağın və valideynin ehtiyaclarından asılı olaraq 2-ay ərzində 100 uşaq fərdi məşğələlərdə iştirak edib.

Check Also

Zaqatalada “Şanlı tarix yazanlar” kitabının təqdimatı olub

Avqustun 11-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü Əlmaniz Ələkbərlinin …