Bazar ertəsi , 2 Oktyabr 2023

Sahibə Qafarova: “Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir”

“Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir”.

Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iyunun 6-da keçirilən növbədənkənar sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iqtisadi göstəricilərin artımı nəzərdə tutulan hədəflərin əldə edilməsi, o cümlədən işğaldan azad olunan ərazilərdə bərpa-quruculuq işlərinin sürətləndirilməsi, müdafiə və təhlükəsizlik vəzifələrinin yerinə yetirilməsi məqsədilə bu ilin dövlət büdcəsi haqqında və büdcə zərfinə daxil olan digər iki qanunda dəyişiklik edilməsinə imkan yaradıb: “Bununla da Prezident İlham Əliyev müvafiq qanun layihələrini qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edib”.

Check Also

Qənirə Paşayevanın son durumu açıqlanıb

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəziyyəti stabil-ağır olaraq qalmaqdadır. Boyukmillet.com xəbər verir …