Cümə , 19 İyul 2024
Drone Cameras

Sahibə Qafarova: Ərazi bütövlüyümüzün bərpasından sonra Milli Məclisin yeni tərkibdə təsis edilməsi məqsəduyğundur

Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Milli Məclisin yeni tərkibdə təsis edilməsinin məqsəduyğun olması düşünürəm ki, hamıya aydındır.

Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünükü iclasında deyib.

Onun sözlərinə görə, Milli Məclisin yeni çağırışının tam formalaşdırılması Azərbaycan üçün böyük əhəmiyyətli tədbirlər zamanı parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə edilməsinə şərait yaradılacaq:

“Digər tərəfdən beynəxalq tədbirlərə hazırlıq işlərinin görülməsi, həmin tədbirlərin keçirilməsi ilə əlaqədar infrastruk, nəqliyyat, eləcə də təhlükəsizlik və digər sahələrdə müəyyən məhdudiyyətlərin tətbiq olunması da qaçılmazdır. Bu baxımdan parlament seçkilərinin demoktratik prinsiplərə uyğun şəkildə təşkil olunması, vətəndaşların seçkiqabağı kütləvi tədbirlərdə və seçkilərdə maneəsiz iştirakı, səsvermədə öz iradəsi və azad ifadə etməsi təmin olunması dövlətin əsas vəzifələrindən biridir. Bütün bunları nəzərə alaraq Milli Məclisdə çoxluq təşkil edən YAP-çı deputatlar mənə müraciət edərək növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi məsələsinə baxılmasını xahiş ediblər”.

Check Also

VI çağırış Milli Məclis işini yekunlaşdırıb

VI çağırış Milli Məclis işini yekunlaşdırıb. Boyukmillet.com xəbər verir ki, bu gün altıncı çağırış Milli …