Cümə , 22 Yanvar 2021
Home » Cəmiyyət » Şahin Həsənov: “Qalib bir ölkənin vətəndaşı olaraq vətəndən kənarda olmaq, çox qürürvericidir”

Şahin Həsənov: “Qalib bir ölkənin vətəndaşı olaraq vətəndən kənarda olmaq, çox qürürvericidir”

Bu günlərdə İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəllinin rəhbərliyində İSBAM nümayəndə heyəti Türkiyədə bir sıra silsilə tədbirlər və görüşlər keçirmişdir.

Səfərdən geri dönən, görüşlərədə iştirak edən İSBAM Qazaxıstan təmsilçisi Şahin Həsənov Boyukmillet.com-a açıqlama vermişdir: “Öncə onu bildirim ki, qalib bir ölkənin vətəndaşı olaraq vətəndən kənarda olmaq, çox qürürvericidir. Bizi səfər müddəti ərzində hər yerdə “Zəfəriniz mübarək olsun qardaşlar” deyib təbrik edirdilər.  Qardaş Türkiyənin İstanbul, Kocaeli və Qars şəhərlərində faydalı görüşlərimiz oldu. Hökümət və qeyri hökümət, media və diaspor təmsilçilərimizdə keçirilən görüşlərdə Azərbaycanın qazandığı böyük zəfər sevincini bölüşməklə yanaşı, Azərbaycan Türkiyə  əlaqələri istiqamətində də söhbətlər aparırdılar. Ölkəmizin mənfur düşmən üzərində böyük qələbə qazanmasnın Türkiyədə olan qardaşlarımızla birgə bayram abu-havasında qeyd etməyimiz bizlərə xüsusi zövq yaşatmışdı. Mərkəzimiz ölkəmizlə bağlı fəaliyyətlərini qardaş Türkiyə ilə yanaşı dünyanın digər ölkələrində də əhəmiyyətli layihələrlə davam etdirəcəkdir” deyə Şahin Həsənov bildirmişdi.

Sima Babayeva

Boyukmillet.com

Check Also

Şəhid ailələri və qazilərimizin kredit borcları silinib

Azərbaycanın mikromaliyyə sektoru İkinci Qarabağ müharibəsində şəhidlərin ailələrinə, qazilərə və müharibədən zərər çəkən digər şəxslərə …