Bazar ertəsi , 16 Fevral 2026
Drone Cameras

Salyanda nişan mərasimi keçirənlər cərimələndi

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Salyan RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayonun Noxudlu sakini Əziz Əliyevin yaşadığı evdə qonaqların iştirakı ilə gizli şəkildə nişan mərasimi təşkil etdiyi müəyyən edilib.

Məclisin təşkilatçısı və iştirak edən 9 nəfər barəsində inzibati qaydada protokollar tərtib olunaraq hər biri 200 manat cərimə ediliblər.

Check Also

Çörək bahalaşır: “Baton” və supermarket çörəklərinin qiyməti artıb

Bakıda və bölgələrdə bəzi çörək növlərinin qiymətində artım müşahidə olunur. Yerli medianın yazdığına görə, xüsusilə “baton” çörəklərinin …