Bazar , 21 İyul 2019
Home » Gündəm » Samir Adıgözəlli: “Erməni mafiyasının Ermənistanın siyasi rəhbərliyi ilə sıx əlaqələri mövcuddur”

Samir Adıgözəlli: “Erməni mafiyasının Ermənistanın siyasi rəhbərliyi ilə sıx əlaqələri mövcuddur”

“Artıq ermənilərdən ibarət kriminal ünsürlər diaspor fəalı adı ilə fəaliyyəti daha məqbul sayırlar”

Rusiya KİV-i erməni diaspor nümayəndələrinin növbəti dələduzluq əməlini ifşa edib. İyunun 14-də Moskvada Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları məşhur erməni sahibkar Albert Xudoyanı tutublar.

Mənbə bildirir ki, Xudoyan şirkətlərdən birindən üç torpaq sahəsinin oğurlanmasında ittiham olunur. Şirkətə dəymiş zərər 10 milyon dollar həcmində qiymətləndirilir.

Məsələni həll etməyi Xudoyan öz vəkili Gennadi Udunyana tapşırıb. Bildirilir ki, Udunyan Moskvanın Baş İstintaq İdarəsində erməni diasporunun əsas lobbiçisidir.

FTX bu həbsi iki ay ərzində hazırlayırmış. Udunyan 2 milyard rubl vəsaiti İstintaq hissəsinin rəisi İqor Yakovlevə ötürdüyü vaxt yaxalanıb.

Qeyd edək ki, Albert Xudoyan “Optima Development” şirkətinin sahibidir. Əslində, bu, erməni diasporu üçün yenilik deyil. Onların bütün kriminal əməlləri dünyanın müxtəlif ölkələrində ifşa edilir. Ən maraqlısı isə budur ki, ortaya çıxan mənzərə bir çox hallarda erməni diasporunun bu cinayətləri Ermənistanın hakim dairələri ilə əlbir olaraq törətdiyini göstərir.

Diaspor fəalı, İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, artıq dünyanın müxtəlif yerlərində erməni mafiyasının ağır qətl və terrorlarda, partlayışlarda, şantaj əməllərində, quldurluqda, insan qaçaqmalçılığı və silah, narkotik ticarətində fəal iştirakçı olması faktlarla sübut olunur: “Aparılan araşdırma maraqlı cəhətləri ilə diqqəti cəlb edir. Birincisi, bu mafiyanın Ermənistanın dövlət və siyasi elitası ilə əlaqələri, ikincisi isə Qarabağa qanunsuz səfərlər etmiş alman deputatları, idmançı və digər titulları olan şəxslərlə sıx işbirliyində olduğu. Bu mənzərə sübut edir ki, dünyanın ciddi dövlət elitaları ilə işləmək imkanları getdikcə məhdudlaşan Ermənistan hakimiyyəti hətta mafiya ilə də əməkdaşlığa gedir.

Ümumiyyətlə, istər erməni diaspor təşkilatları, istərsə də erməni diplomatik korpusu olsun, onlar işğalçı Ermənistan dövlətinin cinayətkar əməllərinin genişləndirilməsi istiqamətində açıq fəaliyyət göstərirlər. Sön dövrlərdə xarici mətbuatda Ermənistanın müxtəlif ölkələrdəki səfirlərinin kriminal aləmlə əlaqələri haqqında intensiv məlumatlar getməkdədir. Belə məlumatlardan biri də Almaniya mətbuatında yayıldı. Almaniya mətbuatında Ermənistanın AFR-dəki səfiri Aşot Smbatyanın erməni cinayətkarları ilə sıx əlaqələrindən bəhs olunub. Bundan başqa, Almaniya Bundestaqının üzvü Albert Vaylerin erməni cinayətkar qruplaşmaları ilə əlaqələri haqqında informasiyalar genişlənməkdədir”.

Samir Adıgözəllinin sözlərinə görə, işğal altında olan Azərbaycan ərazilərinə səfər edənlər, bir qayda olaraq, erməni cinayətkar qruplaşmaları ilə cinayətkar əlaqələrdə olan şəxslərdir: “Bu da ondan xəbər verir ki, ermənilər özlərinin cinayətkar imiclərini müxtəlif ölkələrdə daha da möhkəmləndirməkdədirlər. Artıq Almaniya mətbuatında ermənilərin cinayətkar əməlləri və onlarla əlaqədə olan Almaniya vətəndaşları haqqında geniş müzakirələr aparılmaqdadır. Bu müzakirələrdən aydın görünür ki, Almaniyada erməni cinayətkar qruplaşmaları kifayət qədər təhlükəli kimi səciyyələndirilir. Ermənistan rəsmi şəxslərinin də sıx əlaqələrə malik olduqları bu cinayətkar qruplar Azərbaycan-Almaniya münasibətlərinə də xələl gətirmək istiqamətində cəhdlər edirlər. Bu yaxınlarda ABŞ-da da böyük erməni kriminal qrupu ifşa edildi. Bu baxımdan da Rusiyada belə halın olması təəccüblü görünmür. Artıq ermənilərdən ibarət kriminal ünsürlər diaspor fəalı adı ilə fəaliyyəti daha məqbul sayırlar. Onların hamısının da Ermənistanın siyasi rəhbərliyi ilə sıx əlaqəsi mövcuddur”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Ermənilərin Naxçıvan panikası – İrəvan strateqləri odla oynayır

Məlumdur ki, Fonvizinin “Nadan” klassik komediyasının baş qəhrəmanı Mitrofanuşkanın anası xanım Prostakova hesab edirdi ki, …