Home » Manşet » Samir Adıgözəlli və Bilal Dündarın təşəbbüsü ilə İzmitdə şəhid general Polad Həşimovun xatirəsi əbədiləşdiriləcək…

Samir Adıgözəlli və Bilal Dündarın təşəbbüsü ilə İzmitdə şəhid general Polad Həşimovun xatirəsi əbədiləşdiriləcək…

Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərində şəhid general, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov parkı açılacaq və həmin parkda onun heykəli qoyulacaq. Bu barədə “Bakı-Xəbər”ə İctimaiSiyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli bildirib.

S.Adıgözəllinin sözlərinə görə, bununla bağlı Kocaeli Heydər Əliyev kültür evinin başkanı Bilal Dündar və İSBAM birlikdə təşəbbüs irəli sürüb və İzmit Bələdiyyə başqanı Fatma Hürriyyət Kaplan da bu istəyi geri çevirməyib, Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi təklifinə dəstək verib.

Qeyd edək ki, Kocaelidə İzmit Bələdiyyəsi şəhid general Polad Haşimov adına park və heykəlin açılması ilə bağlı İSBAM sədri Samir Adıgözəlli və Kocaeli Heydər Əliyev kültür evinin başkanı Bilal Dündarın müştərək işlərini dəyərləndirib və bunun reallaşdırılmasına razılıq verib. “İzmit Bələdiyyə başqanı Fatma Hürriyyət Kaplanla görüşümüzdə Kocaeli Heydər Əliyev kültür evinin başkanı Bilal Dündarla Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı müştərək istəyimiz oldu.

Fatma xanıma təşəkkür edirik ki, bizim istəyimizi çox yüksək səviyyədə qarşıladı. İSBAM-ın və Kocaeli Heydər Əliyev kültür evinin təşəbbüsü ilə İzmitdə şəhid generalımız Polad Həşimovun adına park açılacaq və həmin parkda Milli Qəhrəmanın abidəsi qoyulacaq. Bununla bağlı olaraq yaxın günlərdə üçtərəfli protokol imzalanacaq. Sənədi İSBAM rəhbəri olaraq mən, Kocaeli Heydər Əliyev kültür evinin rəhbəri Bilal Dündar və İzmit Bələdiyyəsi başkanı Fatma Hürriyyət Kaplan imzalayacaqlar. Bəri başdan Fatma xanıma təşəkkür edirəm. Bu məsələdə Azərbaycan diasporunu Türkiyədə çox yüksək səviyyədə təmsil edən Bilal Dündara minnətdarlıq edirəm” – deyə S.Adıgözəlli qeyd etdi.

Check Also

Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd olunub

Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu və …