Şənbə , 17 Oktyabr 2020
Home » Dağlıq Qarabağ münaqişəsi » Samir Adıgözəlli:”Ordumuzun əks hücum əməliyyatları torpaqlarımız tam azad olunana qədər davam edəcəkdir.”

Samir Adıgözəlli:”Ordumuzun əks hücum əməliyyatları torpaqlarımız tam azad olunana qədər davam edəcəkdir.”

Dünən səhər saatlarından etibarən Ermənistan hərbi birləşmələri növbəti təxribata əl ataraq dinc vətəndaşlarımızı və cəbhə boyu mövqelərimizi atəşə məruz qoymuşdur.Nəticədə dinc sakinlər və ordumuz içərisində yaralılar və şəhid olanlar var.

İşğalçı Ermənistanın bu təxribatına cavab olaraq Ali  Baş Komandanın əmri ilə Azərbaycan Silahlı Qüvvələri əks  hücuma başlamışdır.Ordumuzun əks hücumunun ikinci günündə baş verənlərlə bağlı İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar (İSBAM) mərkəzinin sədri Samir Adıgözəllinin Boyukmillet.com informasiya portalına özəl açıqlamasını təqdim edirik.

“Ermənistan özünün irqçi xislətini bir daha nümayiş etdirərərək yaşayış məntəqələrimizi,dinc əhalimizi hədəfə almışdır.Dünəndən etibarən növbəti erməni təcavüzünə təbii hüqumuzdan istifadə edərək Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə raşadətli ordumuz əks hücum əməliyyatına başlamışdır. Bir kərə xalqımızın qanına  dişi dəymiş ermənilərin son təxribatının artıq bütün həddlərin aşdığını göstərməkdədir. Bu səbəbdən dinc vətəndaşlarımızın təhlükəsizliyini təmin edilməsi və işğal altında saxlanılan torpaqlarımızın azad olunması qarşımızda duran həlli qaçılmaz bir vəziyyət yaratmışdır.

İkinci gündür ordumuz erməni hərbi birləşmələrinə unutmayacağları zərbələr endirməkdədir.Xalqımızın Ali Baş Komandanın və ordumuzun ətrafında sıx birləşməsi,yüksək əhval-ruhiyyənin mövcudluğu döyüşən əsgərlərimizin hər birini bir qəhrəmana çevirmişdir.

Yaranmış vəziyyətlə bağlı ATƏT, Rusiya,Fransa,İran və s dövlətlərin təcili atəşkəs çağırışları qətiyyən yol verilməzdir. Bu dövlətlər və bütün dünya anlamalıdır ki,müharibə Azərbaycan torpaqlarında gedir. ATƏT-in Azərbaycan və Ermənistana sülh çağırışı əslində açıqca Ermənistanı dəstəkləməkdir..Bu gün istər ATƏT,istər digər beynəlxalq təşkilatların atacağı bir addım var, o da Ermənistanın Azərbaycan ərazilərindən dərhal geri çəkilməyə çağırışdır.ATƏT-in Minsk qrupu artıq Azərbaycan xalqı üçün heç bir mahiyyət daşımamaqdadır.

Azərbaycanı apardığı haqqlı mübarizədə heç bir qüvvə geri çəkindirə bilməz. BMT qətnamələrinin yerinə yetirilməsi işğal olunmuş ərazilərdə Azərbaycan Respublikasının suveren hüquqlarının bərpa edilməsi qaçılmazdır və ordumuz buna tam qadirdir.

Azərbaycan ordusunun əks hücum əməliyyatları torpaqlarımz tam azad olunana qədər davam edəcəkdir.”

Sima Babayeva

Check Also

Fransanın ictimai xadimləri hökuməti Qarabağ münaqişəsində bitərəfliyə çağırıblar

Fransa parlamentinin üzvləri və ictimai xadimləri ölkə prezidentinə, hökumətə müraciət ediblər. Boyukmillet.com xəbər verir ki, …